• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Zaqatala, Azərbaycan

    Heydər Əliyev prospekti 171, Zaqatala şəhəri

Ekspert

Fuad Qəşəmov

1986-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Qafqaz Universistetində “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr təhsilini bitirib. 2011-ci ildə isə Bakı Dövlət Universistetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistr təhsilini bitirib. Hal-hazırda isə Böyük Britaniyanın Aberden Universitetində “Mübahisələrin həlli üzrə” magistratura təhsilini davam etdirir.

 

Əmək fəaliyyətində 2011-2012-ci illərdə “AZER-TÜRK BANK” ASC hüquqşünas olaraq başlayıb. 2012-2013-cü illərdə  RETA COMMERCE INVESTMENT CONSULTING-də baş hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2013-cu ildən 2021-ci ilə qədər EKVITA şirkətində mübahisələrin həlli praktikasının rəhbəri vəzifəsində çalışıb. 2021-ci ildən etibarədən “LEGALIZE” hüquq şirkətini təsis edib. 25 avqust 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Bundan başqa, o peşəkar fəaliyyəti dövründə müxtəlif xarici və beynəlxalq şirkətlərə məsləhət xidmətləri verib və onları uğurla təmsil edib:

Global 500 reytinqinə daxil olan Koreya şirkətinə London Beynəlxalq Arbitraj Məhkəməsinin qərarının Azərbaycanda tanınması və icrası ilə bağlı məsləhət vermişdir;

Böyük Britaniya şirkətini mürəkkəb daşınmaz əmlak mübahisəsi ilə bağlı Azərbaycan məhkəmələrində (bütün instansiyalarda) uğurla təmsil etmişdir (iddia məbləği 2 milyon ABŞ dollarından çox olmuşdur);

ABŞ şirkətini mürəkkəb müqavilə və daşınmaz əmlak mübahisəsi ilə bağlı təmsil etmişdir (iddia məbləği 20 milyon ABŞ dollarından çox olmuşdur);

ABŞ-ın neft qaz şirkətini müxtəlif əmək və kommersiya mübahisələrində uğurla təmsil etmişdir;

Böyük Britaniyanın gəmiçilik şirkətini əmək mübahisəsində uğurla təmsil etmişdir;

Müxtəlif xarici şirkətləri Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində təmsil etmişdir;

Koreya şirkətinin 107 milyon ABŞ dollar dəyərində olan tikinti layihəsinə tam hüquqi dəstək göstərmişdir;

Böyük Britaniya investisiyalı şirkəti kredit və daşınmaz əmlak mübahisəsində təmsil etmişdir (iddia məbləği 130 milyon manatdan çox olmuşdur);

AmCham Azərbaycan tərəfindən həyata keçirilən “Ağ Sənəd” layihəsinin hazırlanmasında iştirak etmişdir;

Böyük Britaniyanın hüquq şirkətinə Azərbaycan hüququnun tətbiqi və şahidlərin hazırlanması ilə bağlı defamasiya mübahisəsində dəstək göstərmişdir;

London Beynəlxalq Arbitraj Məhkəməsində dəyəri 100 milyon dollarla ölçülən və regionun ən böyük gəmiçilik şirkəti ilə dövlət şirkəti arasındakı mübahisədə Azərbaycan hüququnun tətbiqi ilə bağlı ekspert qismində iştirak etmişdir;

İstanbul Arbitraj Mərkəzində (İSTAC) tərəfin təyin etdiyi arbitr qismində iştirak etmişdir (mübahisə məbləği 30 milyon ABŞ dollarından çox olmuşdur);

Çin şirkətini məbləği 5 milyon dollardan artıq olan mübahisədə təmsil etmişdir;

Yerli qazma şirkətini dəyəri 20 milyon manatdan artıq olan mübahisədə təmsil etmişdir;

Rusiyanın və Ukraynanın qənnadı istehsalı ilə məşğul olan böyük şirkətlərini mürəkkəb əqli mülkiyyət mübahisələrində təmsil etmişdir (20-dən artıq əmtəə nişanı);

İtalyan şirkətini kommersiya mübahisəsində təmsil etmişdir;

Həmçinin o, Amerika Vəkillər Assosiyası/ Mərkəzi Avropa və Asiya Hüquq Təşəbbüsü tərəfindən həyata keçirilən “Canlı hüquq”, “Kommersiya hüququ üzrə ingilis dili”, “Məhkəmələrdə vəkillik bacarıqları”, “Qiymətli kağızlar hüququ: İqtisadi əsasları, qanunvericilik və beynəlxalq təcrübə”, “Beynəlxalq ticarət (Inkoterms)” təlimlərində iştirak edib. 2020-ci ildə İSO 37001 Əsas Bələdçi sertifikatına malikdir.

Ekspert

Ruslan Bayramov

2003-2004-cü illərdə FLEX proqramı vasitəsilə Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatında Rose ...

Ekspert

Şəbnəm Səfərova

Ağdam şəhərində anadan olmuşdur. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin (indiki ...

Ekspert

Aytən Şıxaliyeva

Aytən Şıxaliyeva bakalavr təhsilini Bakı Dövlət Universitetində “Tarix”, magistr təhsilini isə ...

Ekspert

Nadir Nadirli

Nadirli Nadir 1991-ci ildə Qax şəhərində anadan olub. 2008-2012-ci illər ərzində ...

Ekspert

Namiq Bayramov

Namiq Bayramov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan ...

Ekspert

Altay Aliyev

Altay Aliyev Azərbaycan  Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəolunması ixtisası ...

Ekspert

Azad Qəhrəmanov

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın ...

Ekspert

Alıyev Ramil

Alıyev Ramil 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə zərbaycan ...