• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Zaqatala, Azərbaycan

    Heydər Əliyev prospekti 171, Zaqatala şəhəri

Ekspert

Nadir Nadirli

Nadirli Nadir 1991-ci ildə Qax şəhərində anadan olub. 2008-2012-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsində bakalavr təhsili alıb. 2013-2015-ci illər ərzində Ankara şəhərində yerləşən Qazi Universitetinin Bank İşi ixtiası üzrə magistratura təhsilini alıb.

Əmək fəaliyyətinə ZiraatBank Azərbaycanda İdarə Heyətinin Sədrinin Köməkçisi vəzifəsində çalışaraq başlayıb. 2019-cu ilin sentyabr ayında Hökümətlərarası Təhsil Proqramı çərçivəsində Kənd təsərrüfatı elmləri üzrə dünya reytinqində 9-cu pillədə qərarlaşmış Çin Kənd Təsərrüfatı Universiterinin Kənd Təsərrüfatının İqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə ikinci magistr təhsili əldə edib və 2021-ci ilin iyul ayında təhsilimi uğurla tamamlayıb.

Təhsil aldığım müddətdə Pekin Fermerlər Kooperasiyasında (Beijing Farmers Market Small-Scale Farming Cooperative) tədqiqatçı (Sustainability Performance Assessor) qismində çalışıb. Çalışdığım müddət ərzində kənd təsərrüfatının dayanıqlı inkişafında kiçik və ortak sahibkarlığın rolu, sistem dayanıqlılığı, resurslardan səmərəli istifadə ilə bağlı effektivlik analizlərinin aparılması mövzuları üzrə geniş miqyaslı araşdırmalar aparıb və fermerlərə kənd təsərrüfatında baş verən yeniliklərlə bağlı bir neçə təlimlər keçmişəm. Ayrıca, fermerlərin yerli bazara, istehsal ilə bağlı lazımı resurslara çıxış imkanı yaradan və dünyanın 74 ölkəsində tətbiq edilən “Participatory Guarantee Systems (PGS)” sertifikasiya standartlarının kənd təsərrüfatın dayanıqlı inkişakfındakı rolu ilə bağlı diplom işi yazaraq müvəffəqiyyətlə müdafiə edib. Həmin araşdırması Çin Kənd Təsərrüfatı Universitetin 2021-ci il üzrə aparılan tədqiqat işləri arasında ən uğurlu 5 tədqiqat işindən biri olaraq seçilib.

Eyni zamanda tədqiqat işi 2021-ci ilin iyul ayının 18-ində akademik məqalə şəklində kənd təsərrüfatı elmləri üzrə dünyanın ən reytinqli jurnallarından biri sayılan Kənd Təsarrüfatı Sistemləri (Agricultural Systems) jurnalına yayımlanmaq məqsədilə təqdim edilib.

Ekspert

Fuad Qəşəmov

1986-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Qafqaz Universistetində “Beynəlxalq ...

Ekspert

Ruslan Bayramov

2003-2004-cü illərdə FLEX proqramı vasitəsilə Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatında Rose ...

Ekspert

Şəbnəm Səfərova

Ağdam şəhərində anadan olmuşdur. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin (indiki ...

Ekspert

Aytən Şıxaliyeva

Aytən Şıxaliyeva bakalavr təhsilini Bakı Dövlət Universitetində “Tarix”, magistr təhsilini isə ...

Ekspert

Namiq Bayramov

Namiq Bayramov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan ...

Ekspert

Altay Aliyev

Altay Aliyev Azərbaycan  Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəolunması ixtisası ...

Ekspert

Azad Qəhrəmanov

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın ...

Ekspert

Alıyev Ramil

Alıyev Ramil 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə zərbaycan ...