• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Zaqatala, Azərbaycan

    Heydər Əliyev prospekti 171, Zaqatala şəhəri

Ekspert

Namiq Bayramov

Namiq Bayramov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (indiki UNEC) Marketinq ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2003-cü ildə Marketinq ixtisası üzrə magistr dərəcəsi əldə edib.2010-cu ildə İstanbul şəhərində Europen School of Economics-in Beynəlxalq Marketinq Sertifikatını alıb.Hal-hazırda isə Lənkəran Dövlət Universitetinin doktorantıdır.

 

Əmək fəaliyyətinə 2004-cü ildən etibarən Nurgun Holdingdə satış meneceri olaraq başlayıb. 2005-ci ildən etibarən Vitam Advertising Agency, Maxmedia Advertising Agency kimi reklam agentliklərində çalışıb. 2011-ci ildə tanınmış dizayner Azər Nəcəfovla birlikdə hazırda ölkənin ən tanınan reklam agentliklərindən biri olan “Yello Advertising”-i qurub.

 

2015-2016-cı illərdə UNEC-də pedaqoji fəaliyyətə başlayıb. “Marketinq Menecement”, “Beynəlxalq Marketinq” fənnlərini tədris edib. 2019-cu ildən etibarən pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetində davam etdirir. “Marketinq Menecement”, “İstehlakı Davranışının İdarə Edilməsi”, “Marketinq Kommunikasiyaları”, “Reklamın Planlaşdırılması və İdarə Edilməsi”, “Xidmət Sahələrinin Marketinqi”, “Marketinq Tədqiqatları” və s. fənləri tədris edir.

 

2020-ci ilin əvvəlindən etibarən biznes təlimləri üzrə ölkənin ən tanınmış mərkəzlərindən biri olan SAT Group-la əməkdaşlığa başlayıb. Hazırda orda “Marketinq”, “Brendinq”, “Marketinq Strategiyaları”, “Marketinq Kommunikasiyaları” istiqamətləri üzrə təlim verir. Eyni zamanda mentorluq fəaliyyəti ilə də məşğuldur.

 

Marketinq sektorunda aktiv fəaliyyət göstərir. Müxtəlif marketinq qruplarında və alyanslarında təmsil olunur. Marketinq Peşəkarları Birliyinin yaradıcılarından biri və İdarə Heyətinin Sədridir. 2015-ci ildən etibarən marketinq üzrə bloqerlik fəaliyyəti ilə də məşğuldur.

Ekspert

Fuad Qəşəmov

1986-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Qafqaz Universistetində “Beynəlxalq ...

Ekspert

Ruslan Bayramov

2003-2004-cü illərdə FLEX proqramı vasitəsilə Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatında Rose ...

Ekspert

Şəbnəm Səfərova

Ağdam şəhərində anadan olmuşdur. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin (indiki ...

Ekspert

Aytən Şıxaliyeva

Aytən Şıxaliyeva bakalavr təhsilini Bakı Dövlət Universitetində “Tarix”, magistr təhsilini isə ...

Ekspert

Nadir Nadirli

Nadirli Nadir 1991-ci ildə Qax şəhərində anadan olub. 2008-2012-ci illər ərzində ...

Ekspert

Altay Aliyev

Altay Aliyev Azərbaycan  Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəolunması ixtisası ...

Ekspert

Azad Qəhrəmanov

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın ...

Ekspert

Alıyev Ramil

Alıyev Ramil 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə zərbaycan ...