• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Zaqatala, Azərbaycan

    Heydər Əliyev prospekti 171, Zaqatala şəhəri

Ekspert

Ruslan Bayramov

2003-2004-cü illərdə FLEX proqramı vasitəsilə Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatında Rose Bud High School-da təhsil alıb. 2008-ci ildə Qafqaz Universitetinin “Hüquq” ixtisasını bitirib.

 

Əmək fəaliyyətinə 2010-cu ildən etibarən “Hüquq və İnkişaf” İctimai Birliyində hüquqşünas vəzifəsində çalışaraq başlayıb. 2011-ci ildən 2012-ci ilə qədər “AZENCO”-da hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2012-ci ildən 2014-cü ilə qədər “KOMTEC  MMC”-də hüquqşünas vəzifəsində çalışıb. 2014-cü ildən 2016-ci ilə qədər isə “SYNERGY GROUP”-da korporativ hüquq meneceri olaraq əmək fəaliyyətini davam etdirib. 2016-cı ildən  2019-cu ilə qədər “EKVİTA” hüquq şirkətində hüquq meneceri olaraq çalışıb. Hal-hazırda “ABSHERON Hotel Groupda” qrup üzrə hüquq meneceri olaraq çalışır.

Eyni zamanda o, müxtəlif beynəlxalq təşkilatlar və dövlət qurumları tərəfindən hazırlanmış qanun layihələrində ekspert olaraq çıxış edib:

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən icra edilən “Ərzaq məhsullarinin təhlükəsizliyinə nəzarət sisteminin inkişafina dəstək” layihəsi çərçivəsində potensialın artırılması üzrə yekun qanunvericilik hesabatının hazırlanması və Vahid Milli İstinad Laboratoriyasının yaradılması ilə bağlı normativ hüquqi aktların hazırlanması;

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti üzrə hüquqi dəstək xidmətləri çərçivəsində müxtəlif növ normativ-hüquqi akt layihələrinin yaradılması, təhlil edilməsi, əlavə və düzəlişlərin təklif edilməsi;

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi publik hüquqi şəxsin təsis edilməsi ilə bağlı hüquqi dəstək xidmətləri çərçivəsində zəruri qanun və fərman layihələrinin hazırlanması;

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Azərbaycanda Xüsusi İqtisadi Zonaların yaradılması layihəsi çərçivəsində müxtəlif xüsusi iqtisadi zona növlərinin yaradılmasına dair qanun layihələrinin, habelə qüvvədə olan qanunvericilik aktlarına dair dəyişiklik layihələrinin hazırlanması;

Dünya Bankı tərəfindən maliyyələşdirilən “Azərbaycan Dəmir Yolları” QSC-də Əsas vəsaitlərin idarəetməsi sisteminin qurulması layihəsi çərçivəsində Hüquq məsləhətçisi xidmətlərinin göstərilməsi, “Dəmir yolu nəqliyyatı haqqında” Qanun layihəsinin təhlili, əlavə və düzəlişlərin təklif edilməsi;

Bundan başqa rüşvətxorluqla mübarizə üzrə idarəetmə sistemləri (ISO 37001:2016) üzrə sertifikatlaşmış auditordur. Həmçinin o, Amerika Vəkillər Assosiyası/ Mərkəzi Avropa və Asiya Hüquq Təşəbbüsündə ekspert olaraq fəaliyyət göstərir

Ekspert

Fuad Qəşəmov

1986-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Qafqaz Universistetində “Beynəlxalq ...

Ekspert

Şəbnəm Səfərova

Ağdam şəhərində anadan olmuşdur. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin (indiki ...

Ekspert

Aytən Şıxaliyeva

Aytən Şıxaliyeva bakalavr təhsilini Bakı Dövlət Universitetində “Tarix”, magistr təhsilini isə ...

Ekspert

Nadir Nadirli

Nadirli Nadir 1991-ci ildə Qax şəhərində anadan olub. 2008-2012-ci illər ərzində ...

Ekspert

Namiq Bayramov

Namiq Bayramov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan ...

Ekspert

Altay Aliyev

Altay Aliyev Azərbaycan  Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəolunması ixtisası ...

Ekspert

Azad Qəhrəmanov

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın ...

Ekspert

Alıyev Ramil

Alıyev Ramil 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə zərbaycan ...